19 Noyabr 2017, Bazar - 18:20

S.Fettel: “İkinci döngədə səhv etdim”

S.Fettel: “İkinci döngədə səhv etdim”

Müəllif: Rauf Hacıyev, redaktor

23:02 - 10 İyun, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel inanır ki, Kanadada sıralanma turunda Həmiltondan geridə qalsa da, yarışda qalib gələ bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada sıralanma turunda 65-ci poulunu qazanan Həmiltondan 0.3 saniyə geridə qalaraq, ikinci olub.

Sebastyan Fettel: “Düşünürəm ki, qalib gəlmək üçün tempimiz var. Sıralanma turundakı son cəhdimdən razı deyiləm. İkinci cəhddəki dövrəmi təkrarlamaq istərdim, amma çətinlik çəkdim.

Mercedes-in sürətli olacağını gözləyirdik. Xüsusən də son sektorda. Lyuis bu gün əla iş gördü. Günün qalibi odur. Zaman nəticəmizi yaxşılaşdıra bilərdik. İkinci döngəyə girərkən bir az vaxt itirdim. Sonra eyni döngənin çıxışında daha 0.2 saniyə itirdim və bilirdim ki, sürətlənməliyəm. Dövrənin sonuna qədər əlimdən gələni etdim. Bolid yenə əla idi. Yarışda güclü olacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 052
Teqlər , , , ,
Paylaş

logo