24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:35

S.Fettel: “Hər dövrə önəmlidir”

S.Fettel: “Hər dövrə önəmlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:16 - 20 Aprel, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyndəki testlərdə atılan hər dövrə çempionluq uğrunda mübarizədə onlara kömək edəcək.

F-1.az xatırladır ki, Fettel mövsümə mükəmməl start verib və ilk 3 yarışda 2 qələbə qazanaraq çempionatda liderliyə yüksəlib.

Sebastyan Fettel: “Atılan hər bir dövrə çempionluq uğrunda mübarizədə çox vacib olacaq. Bolidlər hələ çox yenidirlər və hər dövrə yeni şeylər öyrənirik. Bu mövsüm təkərlər çox vacib rol oynayacaqlar. Buna görə də təkərlərlə bağlı məlumatları artırdıq və artıq daha yaxşı vəziyyətdəyik. Bəhreyndə sürmək həzz verir. Şərait çox gözəl idi. Arada külək qalxsa da, həzz aldım. Onsuz da yarışlarda da külək demək olar ki, eyni olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 607
Teqlər ,
Paylaş

logo