S.Fettel: “Gələcəyim barədə yayda danışacağıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yay tətilində komandası ilə yeni müqavilə barədə danışacaq.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionunun “qırmızılar”la müqaviləsi mövsümün sonunda başa çatır və İtaliya yarışına qədər yeni müqavilə üçün vaxt istəyib.

Sebastyan Fettel: “Əslində son tarix varmı, bilmirəm. Bunu bir nəfərdən soruşmalıyam. Normalda müqavilə yanvarın 1-də başlayıb dekabrın 31-də bitir. Hazırkı müqavilənin nə qədər davam edəcəyindən əmin deyiləm. Hazırda mövsümün çox sıx mərhələsindəyik və qısa müddətdə bir neçə yarışda iştirak edəcəyik. Bu mövzu barədə yay aylarında danışacağıq. Bu il bizim üçün vacibdir. Yaxşı işləyirik və işlər bir araya gəlir. Bir müddətdir ki, bəzi şeylərin üzərində işləyirik və nəticələrini görürük. Bu sadəcə başlanğıcdır, ümid edirəm ki, hər şey daha da yaxşı olacaq. Özümü rahat hiss edirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*