17 Dekabr 2017, Bazar - 10:22

S.Fettel: “Ən pis mövsümüm deyil”

S.Fettel: “Ən pis mövsümüm deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

10:52 - 22 İyul, 2016

Toro Rosso-dakı debüt mövsümünü saymasaq, bu mövsüm Fettelin Formula1 karyerasındakı ən uğursuz mövsümdür. Amma Fettel belə düşünmür…

F-1.az xatırladır ki, Fettel bu mövsüm hələ də qələbə qazana bilməyib və komanda yoldaşı Rəykkönendən geri qalır. Fettel bu mövsümü belə dəyərləndirib: “Məncə, keçirdiyim ən pis mövsüm deyil. Son yarışlarda bəzi şeylər tərs getdi, amma daha sonra testlərdə bolidlə bağlı çoxlu məlumatlar topladıq və bu məlumatları trasda yoxlayacayıq”.

Fettelin işləri bu mövsüm istədiyi kimi getmir. Almaniyalı sürücü daha əvvəl 2014-cü ildə yarış qazana bilməmişdi: “Nəticələrə baxanda görürük ki, özümüzü daha yaxşı vəziyyətə gətirmək üçün xallar qazana bilməmişik. Amma xala görə mühakimə etmək düzgün deyil. Bəli. Daha yaxşı nəticələr ala bilərdik, amma yetərincə sürətli deyildik. Bunu bir gecədə dəyişdirmək mümkün olsaydı, dəyişdirərdik. Amma bu asan deyil. Hər dəfə fərqli traslarda oluruq. Bundan başqa, komanda ilə aram yaxşıdır. Hamını tanıyıram və bununla da problemləri asanlıqla həll edirik. Əlbəttə, əsl fokuslanmalı olduğumuz sahə yarışdır. Nəticəni əvvəldən bilmədiyimiz üçün yaxşı nəticə qazanmaq çətin olar. Burada qazanmaq üçün motivasiyamız yüksəkdir. Mükəmməl yarış, mükəmməl ab-hava.. Ümid edirəm ki, keçənilki kimi olar”.

Qeyd edək ki, keçən il Macarıstanda Sebastyan Fettel qalib gəlmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 124
Teqlər ,
Paylaş

logo