23 Oktyabr 2017, Bazar ertəsi - 14:01

Rəsmən: Daniil Kvyat Amerikada geri dönəcək

Rəsmən: Daniil Kvyat Amerikada geri dönəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:13 - 07 Oktyabr, 2017

Toro Rosso komandası təsdiq edib ki, ABŞ Qran Prisindən başlayaraq heyətində dəyişiklik olacaq.

F-1.az xatırladır ki, bir az öncə Renault komandası rəsmən bildirib ki, ABŞ Qran Prisində başlayaraq Karlos Sayns komandada Colion Palmeri əvəz edəcək. Toro Rosso komandası isə Ostin yarışından etibarən Daniil Kvyatın Pyer Qaslinin komanda yoldaşı olacağını təsdiq edib.

Frants Tost: “Mən Formula1-də olduğu 3 mövsümə görə Karlosa təşəkkür etmək istəyirəm. Karlos həmişə maşından maksimum almağa çalışırdı, işinə peşəkarcasına yanaşırdı, ona görə də çox gözəl nəticələr alırdı. Bütün Toro Rosso əməkdaşları adından ona gələcək karyerasında uğurlar arzulayıram. Biz isə ümid edirik ki, Daniil Kvyat və Pyer Qasli ilə onu trasda qabaqlayarlar…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 883
Teqlər , , , ,
Paylaş

logo