18 Noyabr 2018, Bazar - 12:25

Renault qadın sürücü transfer edib

Renault qadın sürücü transfer edib

Müəllif: Rauf Hacıyev, redaktor

21:16 - 01 Aprel, 2017

Qadın kartinq sürücüsü Marta Qarsiya və danimarkalı Kristian Lundqaard Renault-nun gənc sürücü akademiyasına qoşulublar.

F-1.az xarırladır ki, 16 yaşlı Qarsiya 2015-ci ildə CİK-FİA Academy Trophy və Trofeo İndustre KFJ seriyalarında çempion olub. Keçən il isə Avropa Çempionatında 4-cü olub. Bundan başqa keçən il bəzi yarışlara çıxdığı İspaniya F4 seriyasında bu il bütün yarışlarda iştirak edəcək.

Qarsiya indiyə kimi yetişdirilmiş ən güclü qadın sürücü kimi təqdim edilir və gələcəkdə Formula1-də yarışmaq ehtimalı böyükdür.

Renault-nun gənc sürücü akademiyasına qoşulan digər istedad isə 16 yaşlı Lundqaarddır. O da Qarsiya kimi bu il Formula4-də çıxış edəcək. Kristian ralli üzrə Avropa çempionu Henrik Lundqaardın oğludur və KFJ seriyasında titula sahibdir.

Beləliklə, Qarsiya və Lundqaardla birlikdə Renault-nun gənc sürücü proqramındakı tələbələrin sayı 6 oldu. Akademiyadakı digər sürücülər isə – Cek Aytken, Sun Yu Yan, Maks Fyutreĺl və Yarno Opmerdir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 209
Teqlər , ,
Paylaş

logo