14 Dekabr 2018, Cümə - 04:50

Red Bull Bakıdakı düzlüklərdə 1.2 saniyə itirəcək

Red Bull Bakıdakı düzlüklərdə 1.2 saniyə itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

12:10 - 15 İyun, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Azərbaycandakı ilk yarışda düzlüklərdə 1.2 saniyə vaxt itirəcəklər.

F-1.az xatırladır ki, Azərbaycan yarışı Formula1 tarixində ilk dəfə keçirilir və Bakı Şəhər Halqası Formula1 təqvimindəki ən uzun ikinci düzlüyə sahibdir. Renault son vaxtlar mühərrikdə yeniliklər etsə də, Marko bədbin düşünür: “Çox uzun düzlüyün bizə faydası yoxdur. Simulyatorlarda test etdik və gördük ki, Bakıda bir dövrədə 1.2 saniyə vaxt itiririk.

Biz yaxşı bolidə sahib olsaq da, düzlüklərdə itirdiyimiz vaxtı döngələrdə kompensə etmək demək olar ki, qeyri mümkündür”.

Xatırladaq ki, Renault Monakoya gətirdiyi yeni mühərriyin dövr başına 0.5 saniyə üstünlük qazandığını iddia etmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , ,
Paylaş

logo