R.Barrikello: “Mənim strategiyam işləmədi”

Bu gün Bəhreyndə Censon Batton mövsümdə üçüncü qələbəsini qazanıb, onun komanda yoldaşı Rubens Barrikello finiş xəttini beşinci keçməklə Brawn GP-nin […]

Bu gün Bəhreyndə Censon Batton mövsümdə üçüncü qələbəsini qazanıb, onun komanda yoldaşı Rubens Barrikello finiş xəttini beşinci keçməklə Brawn GP-nin Mühəndislər Kubokunda mövqeyini daha da bərkidib. Braziliyalı sürücü rəqiblərindən fərqli olaraq yarışda üç pit-stoplu stratgeiya seçib, amma bu seçim uğursuz alınıb…

Rubens Barrikello: “Bu gün biz vacib xallar topladıq, amma yarış mənim üçün çətin alındı. İlk pit-stopdan sonra Pikenin arxasına düşdüm, KERS olan yüngül maşını isə keçmək çox çətindir və bu mənim planlarımı alt-üst etdi. Bundan sonra isə Həmilton məni saxlamağa başladı, xeyli vaxt itirdim.

Bu gün çox isti idi və maşında mənim sağ böyrüm od tutub yanırdı, ona görə maşın sürmək çətin idi. Deyəsən, hələlik Censon uğur qazanır, ona görə mən onu və bütün komandanı təbrik edirəm. Ümid edirəm ki, tezliklə mənim də növbəm çatacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*