R.Barrikello İndyCar seriyasının sürücüsüdür!

Keçən əsrin 80-ci illərinə qədər Amerikanın İndyCar seriyası yerli sürücülərin ali arzusu idi, amma Əmerson Fittipaldinin peyda olması ilə hədəf […]

Keçən əsrin 80-ci illərinə qədər Amerikanın İndyCar seriyası yerli sürücülərin ali arzusu idi, amma Əmerson Fittipaldinin peyda olması ilə hədəf dəyişdi: braziliyalı sürücü Formula1-dən gənc yaşlarında doymuşdu və Amerikaya getməyə qərar verdi. Bundan sonra Cənubi Amerikanın digər nümayəndələri də ABŞ-a üz tutdular – müasir İndyCar çempionatını onlarsız təsəvvür etmək mümkün deyil.

Rubens Barrikello da adlı-sanlı həmyerlisinin yolunu tutub. Formula1 tarixinin ən təcrübəli sürücüsü bu gün rəsmən KV Racing komandası il müqavilə imzalamasını elan edib – sürücü 8 nömrəli maşının sükanı arxasına oturacaq.

Rubens Barrikello: “Mən çox şadam, bu mənim üçün yeni çağırışdır. Mən hamıya təşəkkür edirəm, xüsusən də həmyerlim Toni Kanaana (KV Racing komandasının digər sürücüsü).

Mən mövsümə debütant kimi başlayacam, amma düşünürəm ki, mövsümün gedişində inkişaf edə biləcəm. Mənim üçün əsas komandaya kömək etməkdir. Onlar öz işlərini əla görürlər.”

Keçən həftə Barrikello seriyanın testlərində iştirak edib və liderə cəmi 0.9 saniyə uduzub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*