23 Oktyabr 2018, Çərşənbə axşamı - 03:35

R.Qrojan: “Qəza gözlənilmədən oldu”

R.Qrojan: “Qəza gözlənilmədən oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

09:23 - 24 İyun, 2018

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, qəza çox qəribə olub.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda güclü performans göstərib son sessiyaya qalsa da, ilk cəhdində qəza edib və 10-cu yerlə barışmalı olub.

Roman Qrojan: “Üçüncü döngəyə gəldim və bolidin arxa tərəfini itirdim. Bunun baş verməsi üçün bir səbəb yox idi. Buna görə də araşdırmalıyıq. Məlumatlara baxacağıq. Tempimiz yaxşı idi və qəza bir az qəribə oldu. Bu il bəxtimiz gətirmir. Həftəsonunun problemsiz keçməsinə ümid edirdim və bu qəza olmamalı idi. Bunu istəmirdik. Yarışda əlimizdən gələni edib 7-ci olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 75
Teqlər , , ,
Paylaş

logo