23 Sentyabr 2018, Bazar - 00:46

R.Qrojan: “Etibarlılıq problemlərini həll etməliyik”

R.Qrojan: “Etibarlılıq problemlərini həll etməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:04 - 03 Aprel, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Çin QP-dən əvvəl etibarlılıq problemlərini həll edəcəklərinə inanır.

F-1.az xatırladır ki, fransalı sürücü Avstraliya QP-nin sıralanma turunda 6-cı olmuş, amma yarışın startında Massanın arxasına düşmüşdü. Lakin buna baxmayaraq, mühərrik problemi yaşayana qədər Williams komandasının sürücüsü Felipe Massa ilə eyni tempdə getmişdi.

Roman Qrojan: “Bolid Avstraliyada ilk dövrədən etibarən əla görünürdü. Yarışdan əvvəl sazlanmalalarda bəzi dəyişikliklər etmişdik və gözəl nəticələr aldıq. Sıralanma turunda boş çənlə, yarışda isə dolu çənlə güclü görünürdük. İnanıram ki, rəqabətədavamlıyıq və ön qrupdakı üç komandadan sonrakı yeri tutmaq üçün Williams ilə mübarizə aparacağımıza inanıram. Sürətli bolidimiz var və etibarlılıq problemini həll etsək, keçənilki nəticəmizi yaxşılaşdıra bilərik. Bazadakılar əllərindən gələni edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 504
Teqlər , , , , ,
Paylaş

logo