18 Noyabr 2017, Şənbə - 00:47

R.Merhi Renault-nun test pilotu ola bilər

R.Merhi Renault-nun test pilotu ola bilər

Müəllif: Elçin Zodorov, redaktor

13:04 - 08 Fevral, 2016

İspaniyalı pilot Roberto Merhi keçən mövsümün sonunda Manor komandasındakı yerini itirmiş, onu son 7 yarışın 5-də Aleksandr Rossi əvəz etmişdi.

F-1.az Marca-ya istinadən xəbər verir ki, Roberto Merhi 2016-cı ildə Renault-nun test pilotu ola bilər.

Roberto Merhi: “Karyeramı Formula1-də davam etdirmək üçün müxtəlif seçim şanslarım var. Hər şey bir neçə gündə dəyişə bilər. Bu həftə ərzində sizə müsbət xəbərlər vermək istəyirəm.

24 yaşlı pilot eyni zamanda Manor-la yenidən müqavilə bağlamaq üçün çalışır. Ondan başqa, komandanın pilotu olmaq uğrunda Stivens, Rossi, Haryanto və Verlyayn da mübarizə aparır.

Qeyd edək ki, Merhi Formula1-də Manor komandasının tərkibində 2015-ci ildə debüt edib. 13 yarışda start alan pilotun ən yaxşı nəticəsi Böyük Britaniya Qran Prisindəki 12-cilik olub. O, mövsümü 19-cu yerdə başa vurub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər , , , , , , ,
Paylaş

logo