18 Noyabr 2017, Şənbə - 01:12

R.Haryanto: “Qəzanı öz limitlərimi kəşf etməyə çalışarkən etdim…”

R.Haryanto: “Qəzanı öz limitlərimi kəşf etməyə çalışarkən etdim…”

Müəllif: Elçin Zodorov, redaktor

15:26 - 26 Fevral, 2016

Formula1-in debütantı Rio Haryanto testlərin 3-cü və 4-cü günündə iştirak etmiş, hər iki gündə də qəza edərək qırmızı bayraqların dalğalanmasına səbəb olmuşdu.

F-1.az xəbər verir ki, Manor-un indoneziyalı pilotu Haryanto öz limitlərini öyrənmək istəyərkən qəza etdiyini etiraf edib: “Maşına öyrəşməyə və limitlərimi tapmağa çalışırdım. Dördüncü döngəyə bir qədər sürətli girdim. Təəssüflər olsun ki, maşında xəsarət var. Buna görə də nahardan sonra trasa qayıda bilmədim. Günün ilk hissəsi isə yaxşı keçdi. İşlərimizi plana uyğun görə bildik. Xeyli sahədə inkişaf etdiyimizi deyə bilərəm. Ümid edirəm ki, növbəti testlərdə daha çox şey öyrənə biləcəm.

Gün keçdikcə komandaya daha çox alışıram. Hələ öyrənməli olduğum çox şey var. Gələn testlərdə iştirak edəcəyim 2 gün ərzində əlimdən gələni edəcəm və Avstraliya Qran Prisinə qədər hazır olacam”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , , , ,
Paylaş

logo