R.Brauna yeni köməkçi təyin olunub

Williams komandasının idman direktou Stiv Nilsen Formula1-in idman direktoru Ross Braunun idarə heyətinə qoşulub.

F-1.az bildirir ki, Nilsen Silverstounda britaniyalıların heyətində sonuncu yarışına çıxıb. Ross Braun idmanın gələcəyi ilə bağlı ideyaların formalaşmasında kömək etmələri üçün köhnə iş yoldaşlarını bir araya toplayır və 2021-ci il üçün nəzərdə tutulan mühərrik və digər reqlament dəyişikliklərinin üzərində işləyir.

Nilsen Formula1 komandalarının gündəlik işləri ilə bağlı məlumatlar verəcək. Qeyd edək ki, britaniyalı mütəxəssis Williams komandasına gəlməmişdən əvvəl Lotus, Tyrrell, Benetton, Renault, Honda, Arrows, Caterham komandalarında işləmişdi. Nilseni Williams komandasında Deyv Reddinq əvəz edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*