20 Oktyabr 2018, Şənbə - 09:06

Pirelli Sinqapur Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli Sinqapur Qran Prisi üçün təkər seçimini elan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:18 - 31 May, 2018

İtalyan təkər təchizatçısı Macarıstandakı yarışa gətirəcəyi tərkibləri açıqlayıb. Seçim Monako və Kanada Qran Prilərindəki ilə eyni olub – sürücülər Marina Beydə ən yumşaq üçlükdən istifadə edəcəklər.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Sinqapura Soft, UltraSoft və HyperSoft tərkiblər gətiriləcək. Beləliklə, yeni HyperSoft təkərlər mövsüm ərzində üçüncü (çox güman ki, sonuncu) dəfə sürücülərin ixtiyarına veriləcək.

İlk iki tərkib məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

Mərhələ / TərkiblərSuperHardHardMediumSoftSuperSoftUltraSoftHyperSoft
Markalanma rəngiNarıncıMaviSarıQırmızıBənövşəyiÇəhrayı
Avstraliya Qran PrisiSoftSuperSoftUltraSoft
Bəhreyn Qran PrisiMediumSoftSuperSoft
Çin Qran PrisiMediumSoftUltraSoft
Azərbaycan Qran PrisiSoftSuperSoftUltraSoft
İspaniya Qran PrisiMediumSoft SuperSoft
Monako Qran Prisi SuperSoftUltraSoftHyperSoft
Kanada Qran PrisiSuperSoftUltraSoftHyperSoft
Fransa Qran PrisiSoftSuperSoftUltraSoft
Avstriya Qran PrisiSoftSuperSoftUltrasoft
Britaniya Qran PrisiHardMediumSoft
Almaniya Qran PrisiMediumSoftUltraSoft
Macarıstan Qran PrisiMediumSoftUltraSoft
Belçika Qran Prisi
İtaliya Qran Prisi
Sinqapur Qran Prisi SoftUltraSoftHyperSoft

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 125
Teqlər , , , ,
Paylaş

logo