10 Dekabr 2018, Bazar ertəsi - 10:29

Pirelli Avropa Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Avropa Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

17:14 - 06 İyun, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avropa Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az bildirir ki, Pirelli ölkəmizdə keçiriləcək ilk yarış üçün Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəyini bəyan etmişdi. Yeni təkər dəsti olan və şəhər traslarında keçirilən yarışlara gətiriləcəyi bildirilən UltraSoft təkərlər Bakıya gətirilməyəcək. Artıq sürücülərin hansı tərkibdən nə qədər sifariş etdiyi açıqlanıb.

Maraqlıdır ki, sürücülər üstünlüyü ən yumşaq təkərlərə veriblər, bərk təkərlərdən isə 1-2 dəst seçiblər.

SürücüKomandaMediumSoftSupeSoft
Lyuis HəmiltonMercedes AMG148
Niko RosberqMercedes AMG238
Sebastyan FettelFerrari157
Kimi RəykkönenFerrari157
Valtteri BottasWilliams247
Felipe MassaWilliams157
Daniel RikkardoRed Bull148
Maks FerstappenRed Bull148
Niko HülkenberqForce İndia247
Serxio PeresForce İndia247
Kevin MaqnussenRenault148
Colion PalmerRenault148
Daniil KvyatToro Rosso148
Karlos SaynsToro Rosso148
Fernando AlonsoMcLaren157
Censon BattonMcLaren157
Markus ErikssonSauber256
Felipe NasrSauber166
Paskal VerlyaynManor247
Rio HaryantoManor247
Roman QrojanHaas238
Esteban QutyerresHaas148

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 121
Teqlər , , , , , ,
Paylaş

logo