16 Oktyabr 2018, Çərşənbə axşamı - 22:36

P.Hembri: “Biz bir-neçə təklif verməyə hazırıq”

P.Hembri: “Biz bir-neçə təklif verməyə hazırıq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:10 - 09 Yanvar, 2013

Bu ilin sonunda Pirelli şirkəti ilə Formula1-in müqaviləsi başa çatır, amma şirkətin nümayəndələri bir neçə dəfə bildiriblər ki, gələcəkdə də […]

Bu ilin sonunda Pirelli şirkəti ilə Formula1-in müqaviləsi başa çatır, amma şirkətin nümayəndələri bir neçə dəfə bildiriblər ki, gələcəkdə də Formula1-də qalmağa çalışırlar. Pirelli Motorsport-un başçısı Pol Hembri Britaniyanın məşhur Pitpass saytına müsahibəsində bildirib ki, şirkət rəsmi ərizə ilə müraciət etməyə hazırdır…

Pol Hembri: “Ümid edirəm ki, Pirelli çempionatda qalacaq. Arxada iki maraqlı mövsüm buraxmışıq və biz güman edirik ki, bizdən tələb olunanı etməklə ümumi uğura öz töhfəmizi vermişik. Bizim şirkət bu işi davam etdirməkdə maraqlıdır.”

Amma şayiələr gəzir ki, şirkət təkər təchizatı üzrə müqavilənin maliyyə tərəfləri ilə heç də razı deyil. Öz məhsuluna görə Pirelli hər bir komandadan ildə təxminən 3 milyon dollar alır, amma bu məbləğ logistika xərclərinə güclə çatır – Formula1 üçün təkər istehsal edən departament isə zərərlə işləyir.

Pol Hembri: “Biz komandalarla danışıqlar aparırıq və onların arzularını başa düşməyə çalışırıq. Bizim şirkət bir neçə rəsmi təklif verməyə hazırdır. Bu vəziyyətdə bir neçə aspekt var: komandalardan əlavə biz promouterin də razılığını almalıyıq, amma mən hesab edirəm ki, bunu edə biləcəyik.

Əgər komandalar bizimlə əməkdaşlıq etmək istəyirlərsə, şərtlərimiz onlara sərf edəcəksə, onda biz Formula1-də işimizi davam etdirəcəyik. Məhz bu məsələni yaxın bir neçə ay ərzində həll etməliyik. Əlbəttə, hər bir şirkət kimi biz bunu nəyin bahasına olursa olsun etmək istəmirik, amma irəliləmək istəyirik və Formula1-də qalmağa çalışacayıq.”

Pitpass saytının məlumatına görə, şirkət indidən 2014-cü il mövsümündə Formula1 traslarında böyük reklam sahələri alıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər , , ,
Paylaş

logo