17 Dekabr 2017, Bazar - 12:13

P.Verlyayn: “Yaponiya çətin yarış oldu”

P.Verlyayn: “Yaponiya çətin yarış oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

20:04 - 12 Oktyabr, 2016

Paskal Verlyayn bu mövsüm ikinci dəfə yarışı sonuncu yerdə bitirib. Almaniyalı sürücü bildirib ki, yarışda heç nə istədiyi kimi getməyib.

F-1.az xatırladır ki, Verlyayn yarışa komanda yoldaşı Okonun arxasında başlamışdı və ondan 20 saniyə geridə qalmışdı.

Verlyayn bildirib ki, bolidi idarə etmək çox çətin olub və mavi bayraqlar onu yarışa fokuslanmağa qoymayıb: “Yarış başdan sona qədər çətin keçdi. Sürətim aşağı idi və mavi bayraqlar sallanırdı. Deməyə söz tapmıram. Sadəcə məyusam. Mövsüm ərzində bolidi təkmilləşdirə bildik. Buna davam etməliyik və tempimizi artırmalıyıq. Yarışı sonuncu yerdə bitirmək heç də yaxşı deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , ,
Paylaş

logo