14 Dekabr 2018, Cümə - 17:10

P.Verlyayn Erikssona necə kömək edib?

P.Verlyayn Erikssona necə kömək edib?

Müəllif: Rauf Hacıyev, redaktor

21:19 - 07 Yanvar, 2018

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, Paskal Verlyaynın çoxlu təriflənməsi ona kömək edib.

F-1.az xatırladır ki, iki sürücü 2017-ci ildə Sauber-də komanda yoldaşı olmuş, Verlyayn 5 xal topladığı halda, Eriksson xal qazana bilməmişdi.

Markus Eriksson: “Bir sürücü kimi günü-gündən gücləndiyimi hiss edirəm. Kobayashi ilə debüt mövsümümdə komanda yoldaşı olanda çətin idi. Kamuinin təcrübəsi çox idi və çox güclü sürücü idi. Amma Paskal da çox istedadlı sürücüdür və onunla komanda yoldaşı olmağım əla oldu. Mercedes-in sürücüsü olduğu üçün ona olan diqqət mənim üçün əla oldu. Bu ilin statistikalarına baxsaq, görərik ki, komanda yoldaşları arasında ən yaxın statiskalardan biri bizdədir. Məncə, bu çox şeydən xəbər verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 177
Teqlər , ,
Paylaş

logo