20 Noyabr 2017, Bazar ertəsi - 11:41

P.Qasli yapon mədəniyyətini izah edib

P.Qasli yapon mədəniyyətini izah edib

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 19 Oktyabr, 2017

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Super Formula seriyasına görə yaponların mədəniyyətinə dair çox şey öyrənib.

F-1.az xatırladır ki, Toro Rosso komandası gələn ildən etibarən Honda mühərriklərindən istifadə edəcək.

Pyer Qasli: “Toro Rosso-da Honda ilə işləmək mənim üçün yaxşı ola bilər. Yaponların mədəniyyəti çox fərqlidir və özlərinəməxsus iş stilləri var. Bu il onları başa düşmək vaxtımı aldı. Amma indi onlarla münasibət qura bilirəm. Onlar çox sərt reaksiyaya öyrəşməyiblər. Özləri də sərt ola bilmirlər. Yaradıcı münasibət qurmağı sevirlər və heç kimi günahlandırmırlar. Anlaşa bilməsələr də, hər şeyi təsdiqləyirlər. Buna görə də eyni yönə getdiyinizə əmin olmaq üçün bəzi şeyləri bir neçə dəfə sınamalısınız. Onlar müdirləri icazə verməsə, heç nə edə bilmirlər. Bizim kimi sürətli qərar verə bilmirlər. Onlarla Yaponiyada çox yaxşı bir il keçirdim. Onlarla yarış qazandım və yaxşı münasibətimiz oldu.

Honda-nın layihəsinə inanıram. Onlar bu işi bacardıqlarını isbatlamaq istəyirlər. McLaren-lə çətin günlərdən sonra onlar işi şərəf məsələsi kimi görürlər. Son 6 ayda çox inkişaf ediblər. Düzdür, fərq bir gecədə bağlanmır. Bir az vaxt lazımdır. Çox pul xərcləyirlər. Mən mühəndis deyiləm. Mercedes-in sirlərini bilmirəm, amma Honda həll yolu tapmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 541
Teqlər , ,
Paylaş

logo