20 Oktyabr 2017, Cümə - 09:10

P.Qasli: “F1 bolidini sürmək həzz verir”

P.Qasli: “F1 bolidini sürmək həzz verir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 22 Aprel, 2017

Bəhreyndəki mövsümiçi testlərdə Red Bull-la trasa çıxan Pyer Qasli yenidən Formula1 bolidi sürdüyü üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, fransalı sürücü keçən il GP2-də Dünya Çempionu titulunu qazanmışdı və hazırda Super Formula seriyasında çıxış edir.

Pyer Qasli: “Formula1 bolidi sürmək əla hissdir. Testlərdə çox əyləndim və nəticəyə baxmayaraq, gözəl gün idi. Bolidlər artıq daha sürətlidirlər və döngələrdə sürmək artıq həzz verir. Bizim üçün çətin gün idi. Aerodinamika üzərində işlədik və yarış tempində işlədik. Amma daha sonra heyif ki, problem yaşadıq. Amma çox xoşbəxtəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 073
Teqlər , , , ,
Paylaş

logo