24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

P.Lou: “Force İndia ilə mübarizəyə davam edəcəyik”

P.Lou: “Force İndia ilə mübarizəyə davam edəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

19:06 - 03 İyul, 2017

Williams komandasının səhmdarı və texniki direktoru Pəddi Lou Azərbaycan yarışında Strolla qazandıqları podiumdan sonra bildirib ki, Avstriyada da rəqabətədavamlı olmağı gözləyirlər.

F-1.az xatırladır ki, britaniyalılar ilk 8 yarışdan sonra 37 xal toplayaraq, Mühəndislər Kubokunda 5-ci yerdə qərarlaşıblar.

Pəddi Lou: “Ləns ilk mövsümündə çox çətinlik çəksə də, özünə gəldi və artıq komandaya çox fayda verir. İlk yarışlara nisbətən tempimizi artırmışıq və öndəki mübarizəyə qoşulmuşuq. Red Bull Rinq də bizim üçün əlverişli trasdır və orada gözəl nəticə almaq üçün əlimizdən gələni edəcəyik. Hələ önümüzdə çoxlu yarış var və Force İndia ilə aramızdakı fərqi bağlaya bilərik. Hər yarışdan xal alaraq, mövsümü ən yaxşı yerdə tamamlamaq istəyirik. Ümid edirəm ki, işlər istədiyimiz kimi gedər və problemsiz yarışlar çıxararıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 816
Teqlər , ,
Paylaş

logo