19 Dekabr 2018, Çərşənbə - 10:02

Ostin avtodromuna M.Harder başçılıq edəcək

Ostin avtodromuna M.Harder başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:54 - 12 Fevral, 2013

Texasda yerləşən Circuit of the Americas (COTA) avtodromuna yeni direktor təyin olunub: İndianapolisdə 20 il rəhbər vəzifələrdə çalışmış Mel Harder […]

Texasda yerləşən Circuit of the Americas (COTA) avtodromuna yeni direktor təyin olunub: İndianapolisdə 20 il rəhbər vəzifələrdə çalışmış Mel Harder ABŞ Qran Prisini qəbul edəcək avtodroma başçılıq edəcək.

Avtodromun mətbuat xidməti xəbər verib ki, Harder martin 1-dən COTA-in vitse-prezidenti və baş direktoru olacaq. Sözsüz ki, onu avtodrom üçün dəyərli kadr hesab etmək olar: o təcrübəli peşəkardır və İIndianapolis Motor Speedway avtodromunda İndy500Brickyard400 kimi nüfuzlu yarışların, habelə MotoGP mərhələsinin keçirilməsinə şəxsən cavabdehlik daşıyırdı. Xatırladaq ki, ABŞ Qran Prisi də İndianapolisdə keçirilərkən Mel aktiv iştirak edirdi və buna görə iki dəfə “İlin promouteri” seçilib.

Ostində Harder bütün idman istiqamətlərinə başçılıq edəcək, təşkilati məsələləri həll edəcək, nəqliyyat, təhlükəsizlik, tibb briqadalarının işi məsələlərinə və yerli hakimiyyət strukturları ilə əlaqələrə məsul olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər , , , , , ,
Paylaş

logo