19 Noyabr 2017, Bazar - 01:37

Necə işləyir: Sərbəst yürüşlər

Necə işləyir: Sərbəst yürüşlər

Müəllif: Afgan Haji, redaktor

08:48 - 13 Dekabr, 2016

F-1.az saytı Britaniyanın F1Racing dərgisinin səhifələrində Williams-ın texniki departamentinin rəhbəri Pət Simondsun sərbəst yürüşlər barədə qeydlərini sizə təqdim edir…

Pət Simonds: “Sərbəst yürüşlər komandalar üçün çox mühümdür, axı müasir Formula 1-də bizim mövsümün gedişi boyu nəyisə sınaqdan çıxarmaq imkanlarımız olduqca azdır. Odur ki, öz təcrübələrimizi biz bu zaman keçiririk. Çox vaxt görmək olar ki, sərbəst yürüşlərin əvvəlində bolidlərdə qeyri-adi ölçmə cihazları quraşdırılıb – onların köməyi ilə ən yeni aerodinamik işləmələrin davranış nüanslarını anlaya bilərik.

Sərbəst yürüşlərin birinci və ikinci sessiyasına yanaşmalar müxtəlifdir, əsasən də ona görə ki, biz təcrübənin keçirilməsi və yarış uik-endi gedişində taktikanın planlaşdırılması zamanı istifadə olunan baza məlumatı ilə iş arasındakı tarazlığı gözləməliyik. Bir qayda olaraq, birinci məşq zamanı biz bütün təcrübi işləri görməyə, eləcə də əsas sazlama parametrlərini müəyyənləşdirməyə çalışırıq ki, ikinci sessiyada daha yaxşı hazırlaşaq.

İkinci məşqin gedişində bizim konkret həftəsonunda istifadə etdiyimiz təkər tərkiblərinin davranışındakı fərqi araşdırmamız lazımdır: söhbət həm təkərlərin imkan verdiyi sürətdən, həm də dövrələrin uzun seriyalarında onların deqradasiyasından gedir. Əgər birinci halda biz yolda nisbətən kiçik yanacaq yüklənməsi ilə işləyiriksə, ikincidə bolidlərin çənlərinə tam yarış məsafəsinin keçilməsi üçün tələb olunan qədər yanacaq doldururuq ki, təkərə lazımi yükdüşmə səviyyəsi təmin edilsin. Uzun dövrələr seriyaları gedişində biz eyni zamanda həm əyləclərin aşınması, həm yanacaq sərfiyyatı və həm də güc qurğusunun işinin temperatur rejiminə dair məlumat alırıq.

Əgər yağış yağırsa, hər şey onunla bitir ki, komandalar istədikləri qədər təfərrüatlı məlumat toplamağa nail ola bilmirlər. Bu cür hallarda həmin yoldakı keçmiş təcrübəyə əsaslanan məlumatlara, eləcə də getdikcə daha təkmil olan kompüter modelləşdirməsinə arxalanmaq lazım gəlir. Bütün bunlardan istifadə etməklə həftəsonunun əsas hadisələrinə optimal yanaşma işləyib hazırlamağa çalışırıq.

Sürət – nisbi anlayışdır. Bəzi komandalar üçün cümə günü yaxşı sürətə nail olmaq vacibdir, buna görə onlar öz bolidlərini sıralanma üçün lazım olana yaxın sazlayırlar – mümkündür ki, başqalarından fərqli olaraq. Nəticələr əsas etibarilə çənlərdəki yanacağın miqdarından və güc qurğusunun sazlanmalarının ifrata nə qədər yaxın olmasından asılıdır. Buradan belə nəticə hasil olur ki, bu və digər komandanın yekun protokollardakı vəziyyəti heç də həmişə onun sıralanmadakı və ya yarışdakı real potensialını əks etdirmir.

Təəssüf ki, yarış həftəsonlarında bizim zaman məhdudiyyətimiz var, eləcə də ixtiyarımızda yetərli sayda təkər dəsti yoxdur ki, əsl mənada elmi tərzdə təcrübələr apara bilək. Sərbəst yürüşlərdə çoxsaylı mühüm məlumatlar əldə etmək, bundan başqa təkərləri qorumaq lazımdır, ona görə də biz A-B-A klassik sxemi üzrə testlər keçirə bilmirik, hansı ki, burada əvvəlcə sazlama variantından istifadə olunur. Bir qədər sonra isə B variantına dəyişdirilir, bunun ardınca biz yenidən A variantına dönürük – tam dolğun testlərdə iş məhz bu cür qurulub. Deməli, böyük anlamda istədiyimizdən asılı olaraq, subyektiv dəyərləndirmələrə əsaslanmaq lazım gəlir. Buna baxmayaraq həmin qiymətlərin real göstəricilərlə möhkəmləndirilməsi üçün bizim gücümüz daxilində olan hər şey edilir.

Cümə gününün ikinci sessiyasının gedişindəki uzun dövrə seriyaları – yarışa hazırlığın ən mühüm hissəsidir desək, yəqin ki, doğru olar. Bu zaman biz yarış şəraitini qismən canlandırmağa çalışırıq ki, bolidin sürət göstəriciləri ilə bağlı qərarlaşaq və taktika variantlarının işlənməsi zamanı istifadə olunacaq məlumatlar əldə edək.

Lakin biz nə qədər çalışsaq da cümə günü toplanmış informasiya heç də həmişə bazar günü təsdiqlənmir, axı yolun temperaturu dəyişə bilər, asfaltda isə artıq daha çox işlənmiş rezin qatı olacaq. Cümə günü gündüz əldə edilmiş məlumatların səhər sessiyası gedişində toplanmış informasiyadan daha repzentativ olacağına ümid etmək qalır.

Həmçinin, biz rəqiblər tərəfindən əldə edilmiş nəticələrin təhlilinə xeyli zaman sərf edirik. Əgər hansısa səbəbdən bizə dövrələrin uzun seriyalarını keçirmək müəssər olmursa, həmin məlumatlardan hansı hissənin çatışmadığını aydınlaşdırmaq üçün istifadə edirik. Hətta əgər hər iki sessiya ideal keçmişdirsə, biz öz rəqabətədavamlılıq səviyyəmizi adekvat dəyərləndirməliyik, belə ki, yarış taktikasına yanaşmamız ondan birbaşa asılıdır.

Biz rəqiblərin nəticələrini təfərrüatlı şəkildə öyrənirik və komandanın gələ biləcəyi qənaətlər bəzən taktik sxemlərə düzəlişlərə məcbur edir. Misal üçün, elə olur ki, bu və ya digər komanda öz maşınlarını səviyyəsi optimaldan aşağı olan asfaltayatma qüvvəsinə kökləyir. Komanda o halda belə hərəkət edə bilər ki, bilavasitə rəqiblərinin düz yol hissələrində sürət üstünlüyünə malik olduğunu görsün, axı daha güclü asfaltayatmanın dövrədə daha yüksək nəticələri təmin etməsi şərti vaxtı belə maksimal sürət defisiti istənilən halda ötmələri çətinləşdirəcək – beləliklə də yarışı mürəkkəbləşdirəcək.

Cümə günü əldə edilmiş məlumatların diqqətli təhlili rəqiblərin həm sıralanma turunda, həm də yarışdakı sürətinə dair yetərincə adekvat təəssürat əldə etməyə imkan verir. Amma qənaətlərdə ehtiyatlı olmaq lazımdır, gərək təkcə liderlərin vaxtına baxılmasın, eləcə də müxtəlif komandaların işlətdikləri yanaşmaları da diqqətə almaq lazımdır. Məsələn, cümə günü kimsə güc qurğularını aşağı qüvvə rejiminə sazlaya bilər ki, sonradan zəruri zirvə parametrlərini və etibarlılığı təmin etsin. Eynilə bu cür bəzi komandalar cümə günü bolidlərin çəninə uzun dövrə seriyaları üçün Qran Pri startından əvvəl olduğu qədər yanacaq doldurarlar, hansı ki, bu zaman digərləri yarışın daha gec fazası üçün səciyyəvi olan yanacaq yüklənməsinə istiqamətlənə bilərlər.

Bizim hamımız öz adəti yanaşmamıza əməl edirik, əgər sizin işlətdiyiniz və testlər vaxtı riayət etdiyiniz standart sxem rəqibin əlinə düşürsə, çox böyük ehtimalla onlar bütün mövsüm üçün elə eyni cür sxemi seçəcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Pat Symonds
Baxış Sayı 2. 982
Teqlər , ,
Paylaş

logo