22 Noyabr 2017, Çərşənbə - 16:42

N.Rosberq mükafatla təltif olunub

N.Rosberq mükafatla təltif olunub

Müəllif: Rauf Hacıyev, redaktor

12:49 - 28 Oktyabr, 2016

Almaniyanın ADAC avtoidman klubu Niko Rosberqi “İlin Avtoidman adamı” mükafatına layiq görüb.

F-1.az xatırladır ki, Rosberq bu mövsüm 18 yarışdan 9-da qalib gəlib və sona 3 yarış qalmış ən yaxın rəqibini 26 xal qabaqlayaraq birinci yerdədir.

ADAC-ın idman üzrə rəhbəri Herman Tomsik bu barədə danışıb: “Niko mükəmməl mövsüm keçirtdi. 18 yarışdan 9-da qalib gəlməsi hər şeydən xəbər verir. Niko çətin dövrlərə baxmayaraq, komanda yoldaşına və rəqiblərinə qarşı yaxşı mübarizə apardı. 2016-cı ildə çempion olsa da, olma sa da ADAC-ın “İlin Avtoidman Adamı” mükafatina layiqdir”.

Niko Rosberq də öz təəssüratlarını bildirib: “Bundan qürur duyuram. Bu mükafat Almaniyanın avtoidmandakı vacib şəxslərinə verilib.

Bu mövsüm bir neçə dəfə podiuma çıxdım və bunu komandama borcluyam. Mercedes olmasa, yarışları qazana bilməzdim. ADAC-ın bu mükafatı mənə motivasiya verdi. Buna görə təşəkkür edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 128
Teqlər , ,
Paylaş

logo