15 Dekabr 2017, Cümə - 18:13

N.Lauda: “Gələn il işimiz çətin olacaq”

N.Lauda: “Gələn il işimiz çətin olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

13:50 - 23 Noyabr, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, gələn il daha da çətin keçəcək.

F-1.az xatırladır ki, Almaniya təmsilçisi bu il həm Sürücülər, həm də Mühəndislər Kubokunda çempionluğu vaxtından əvvəl təmin edib.

Niki Lauda: “Ardıcıl 4 mövsümdür ki, hər iki cəbhədə də çempion oluruq. Sözün açığı, buna görə komandamla fəxr edirəm. Reqlament dəyişəndə titulu qorumaq daha çətin olur, amma biz çətin mübarizədən üzüağ çıxa bildik. İndi bizi qarşıda daha çətin mövsüm gözləyir. Ferrari sürətlidir və Red Bull-un da inkişafını gördük. Çempion olmaqçün həmişəkindən çox işləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 51
Teqlər ,
Paylaş

logo