20 Oktyabr 2017, Cümə - 07:04

N.Hülkenberq: “Red Bull bizdən çox güclüdür”

N.Hülkenberq: “Red Bull bizdən çox güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

13:43 - 06 İyul, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Renault-nun yarış tempi Red Bull komandasından çox zəifdir.

F-1.az xatırladır ki, avstriyalılar Azərbaycan Qran Prisində bu mövsüm ilk qələbələrini qazanarkən, Hülkenberq bəsit bir səhvə görə asılqanını qıraraq mübarizəni dayandırmışdı.

Niko Hülkenberq: “Red Bull hazırda ən yaxşı 3 komandadan biridir və yarış şöbələri əla işləyir. Mövsümə pis başlasalar da, gözəl inkişaf etdilər. Biz də inkişaf etdik, amma onlarla eyni səviyyədə deyilik. Hər yarışda inkişaf etsək də, onlara çatmaq mümkünsüzdür. Həm də bəxtimiz gətirməlidir. Son yarışlarda çox güclüyük, amma istədiyimiz xalları qazana bilmədik. Ancaq keçmiş yarışlardakı inkişafımız bizi sevindirir. Bilirik ki, doğru yoldayıq və bu motivasiya ilə daha yaxşı işlər görə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 119
Teqlər , , , , ,
Paylaş

logo