N.Hülkenberq məyus deyil

Niko Hülkenberq karyerası ərzində podiuma çıxa bilməsə də, növbəti illərdə bu hədəfinə çatacağına inanır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Formula1 karyerasına 2010-cu ildə başlayıb və bir dəfə poul qazanıb. Hülkenberq yarışlarda əla performans göstərsə də, podiuma yüksələ bilməyib.

Hülkenberqin Force İndia-dakı komanda yoldaşı Peres isə son 3 ildə 4 dəfə podiuma yüksəlib.

Niko Hülkenberq: “Bir hadisənin həmişə bir səbəbi olur. Əlbəttə, qarşısını ala biləcəyimiz bəzi səhvlərimiz oldu. Bu məyusedicidir. Podiuma çıxmağım gözəl olardı.

Əldən verdiyim podiumlar barədə düşünmürəm və ya “bəxtim gətirmədi” deyib ağlamıram. Bunlar həyatın bir hissəsidir. Ümid edirəm ki, külək tərsinə əsər və bir neçə illər ərzində hər şey daha yaxşı olar. Çox işləyib, yaxşı qərarlar alsam, uğurun davamı gələcək. Bəlkə də gəlməyəcək….”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*