24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:00

N.Hülkenberq: “Macarıstan Kubitsa üçün vacib olacaq”

N.Hülkenberq: “Macarıstan Kubitsa üçün vacib olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:05 - 26 İyul, 2017

Renault komandaının sürücüsü Niko Hülkenberq bildirib ki, Robert Kubitsanın Macarıstandakı mövsümiçi testlərdə iştirak etməsi polşalı üçün yaxşı olacaq.

F-1.az xatırladır ki, 32 yaşlı sürücü 2011-ci ildəki zədəsindən sonra ilk dəfə 2017-ci ilin iyununda Lotus-un 2012-ci il bolidi ilə test etmiş və 105 dövrə vurmuşdu. Kubitsa daha sonra Lotus E20 ilə Pol Rikar trasında da testlərə çıxmış və bu dəfə 90 dövrə vurmuşdu.

Polşalı sürücü gələn həftə Macarıstanda keçiriləcək mövsümiçi testlərdə Renault R.S.17-nin sükanı arxasına keçəcək və beləliklə, ilk dəfə yeni bolidləri test etmiş olacaq.

Niko Hülkenberq: “Macarıstan təqvimdəki ən yorucu traslardan biridir. Çünki trasın ən rahat yeri start-finiş düzlüyüdür. Robertin Macarıstandakı şəraitə necə reaksiya verəcəyini görmək üçün səbirsizlənirəm. O mükəmməl sürücüdür və test etmək üçün buradan yaxşı yer tapa bilməzdi. Yarışdan sonra trasda asfaltla ilişmə artacaq. Ümid edrəm ki, Robert əla işləyər və onu idmanın içində görmək üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 237
Teqlər , , , , , ,
Paylaş

logo