18 Noyabr 2018, Bazar - 01:35

N.Hülkenberq: “Ən yaxşı dövrəmi vurdum”

N.Hülkenberq: “Ən yaxşı dövrəmi vurdum”

Müəllif: Rauf Hacıyev, redaktor

23:26 - 15 Aprel, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Bəhreynin sıralanma turunda atdığı son dövrəni poul qazandığı dövrəyə bənzədib.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda 3 böyük komandanın sürücülərindən sonra 7-ci yeri tutub.

Niko Hülkenberq: “Nəticədən razıyam. Sıralanma turunun son sessiyasında hər şeyi bir araya gətirərək, mükəmməl dövrə vura bildim. Özümlə fəxr duyuram. Ümid edirəm ki, yarışda yaxşı nəticə alarıq. Keçən həftəki sıralanma turunda gözəl nəticə qazansaq da, yarışda işlər pis getmişdi. Bu həftə gözəl sıralanma performansımızı xala çevirmək istəyirirk. Çindəki yarışda balansımız zəif idi və sürət cəhətdən də zəif idik. Bolid indi daha yaxşı vəziyyətdədir və artıq gözəl xallar almağın vaxtıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 492
Teqlər , , , ,
Paylaş

logo