18 Oktyabr 2018, Cümə axşamı - 05:43

N.Hülkenberq azalan test günlərindən maksimum faydalanmaq istəyir

N.Hülkenberq azalan test günlərindən maksimum faydalanmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

09:08 - 14 Yanvar, 2016

Force İndia komandasının pilotu Niko Hülkenberq 8 günlük mövsümöncəsi qış testlərini maksimum dəyərləndirmək istəyir.

F-1.az xəbər verir ki, Formula1-də mövsümöncəsi qış testləri fevralın 22-dən 25-dək və martın 1-dən 4-dək İspaniyanın Barselona trasında baş tutacaq.

Hülkenberq testlərə münasibət bildirib: “Testlərə yaxşı hazırlaşaraq azalan test günlərindən maksimum faydalanmaq istəyirik. Belə etsək 2015-ci ildəki uğurumuzu təkrarlaya bilərik.

Bu il bizim sadəcə 8 günümüz var və 8 gün müddətində mövsümə tam hazır olmalıyıq. Harada olacağımızı bilmirik, çünki rəqiblərimizin nə edəcəyindən xəbərimiz yoxdur. Amma keçən il sürətlə inkişaf etdik, ona görə də ümidliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 380
Teqlər , , , , ,
Paylaş

logo