23 Noyabr 2017, Cümə axşamı - 11:38

N.Haydfeld: “Həmilton ardıcıl 3 dəfə çempion olacaq”

N.Haydfeld: “Həmilton ardıcıl 3 dəfə çempion olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 14 Fevral, 2016

Keçmiş Formula1 pilotu Nik Haydfeld düşünür ki, Lyuis Həmilton ardıcıl üçüncü dəfə Dünya Çempionu titulunu qazanacaq…

F-1.az xatırladır ki, Lyuis Həmilton Formula1-də turbo erasının başlandığı 2014-cü ildən bəri iki dəfə Dünya Çempionu titulunu qazanıb. Britaniyalı sürücü bu il də çempionluğun ən böyük favoritidir.

Amma ekspertlər düşünür ki, Ferrari bu il Mercedes-in sürətinə çatacaq.

Keçmiş F1 pilotu Nik Haydfeld bu barədə fikirlərini bildirib: “Hələ biz heç bir test görməmişik, amma ümid edirəm ki, bir neçə komanda çempionluq uğrunda yarışar.

Düşünürəm ki, Həmilton yenə də Dünya Çempion olacaq. Amma başqası olsa, idmanın xeyri üçün sevinərəm. İdman daha maraqlı olmalıdır.

Ferrari keçən il yaxşı iş gördü. Renault idmana yenidən qayıtdı və favoritlərə yaxın olmalıdırlar. Mən inanmıram ki, onlar ilk illərində fantastik nəticələr alsınlar, amma gələcəkdə çempionluq uğrunda yarışa bilərlər. Qətiliklə deyə bilərəm ki, onlar güclü rəqib olacaqlar.

Bunlardan başqa, biz bilirik ki, Red Bull-un yaxşı mühərriki olsa, onlar çox şey edə bilərlər. Onlar hazırda ən yaxşı şassilərdən birinə sahibdirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər , , , ,
Paylaş

logo