25 Sentyabr 2017, Bazar ertəsi - 13:55

M.Uebber: “Biz yarışı davam etdirə bilməzdik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:51 - 08 Aprel, 2009

Malayziyada Mark Uebber təkər seçimi ilə əlaqədar bir neçə dəfə pit-stopa girməli olub, ona görə də podiumu əldən verməli olub. […]

Malayziyada Mark Uebber təkər seçimi ilə əlaqədar bir neçə dəfə pit-stopa girməli olub, ona görə də podiumu əldən verməli olub. Yarış dayandırıldıqdan sonra isə Mark sürücülərə yaxınlaşıb onlarla restartdan imtina etmək məsələlərini müzakirə edib…

Mark Uebber: “Bu təkər seçimi bəlkə də bizi qələbədən mərhum etdi. Məni pit-stopa çağırdılar – maşında bizim başqa məlumat mənbəyimiz yoxdur və mən bilmirdim ki, vəziyyət necədir. Sonra bir də çağırıb başqa təkər qoydular.

Sonra biz yarışı davam etdirə bilməzdik. Yağış təkərləri suyu trasdan yığışdıra bilir, amma Təhlükəsizlik Maşınının arxasında təkərlərin temperaturu aşağı düşür – belə vəziyyətdə Formula1 maşınını idarə etmək mümkün olmur. Hava da qaralırdı, tras su ilə dolu idi və mən sürücülərdən soruşurdum ki, onlar bu barədə nə düşünürlər. Hamı yarışı davam etdirmək istəyirdi, amma başa düşürdülər ki, bunu etmək mümkün deyil.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 62
Teqlər
Paylaş

logo