18 Noyabr 2017, Şənbə - 16:01

Mövsümün ən möhtəşəm yarışında qalib Rikkardodur!

Mövsümün ən möhtəşəm yarışında qalib Rikkardodur!

Müəllif: Elçin Zodorov, redaktor

19:09 - 25 İyun, 2017

Azərbaycan Qran Prisi startdan finişə qədər nəfəskəsən mübarizəyə səhnə olub. Daniel Rikkardo mövsümdə ilk qələbəsini qazanıb.

F-1.az xəbər verir ki, startda yarışın lideri Həmilton yerini qoruyub. İlk döngədə Toro Rosso sürücüləri bir-birini çaşdırıb və Sayns yerində fırlanıb.

Rəykkönen və Bottasın təmasından sonra hər iki sürücü yer itirib, Fettel ikinciliyə yüksəlib. Bottas boksa getməli olub – finlandiyalının maşınında ön qanad dəyişdirilib və trasa sonuncu yerdə qayıdıb. Bir qədər sonra Kvyatın maşını trasda dayanıb və Təhlükəsizlik Maşını rejimi elan olunub.

Təhlükəsizlik Maşını daha bir neçə dəfə – trasdakı qırıntılara və Force İndia sürücülərinin insidentinə görə trasa çıxıb. TM trasda ikən sürətini çox azaldan Həmilton əsas rəqibi Fettelin arxadan gələrək onunla toqquşmasına səbəb olub. Fettel əsəbi halda maşını onun üzərinə sürüb. Stüardlar daha sonra ona 10 saniyəlik cəza veriblər.

Həmiltonun maşınında problem olduğundan, boksa çağırılıb, təkərləri dəyişdirilib və problem aradan qaldırılıb. Bu, əlavə 6-7 saniyə vaxt itkisinə səbəb olub. Fettel də cəzasını çəkib və hər iki sürücü liderlər qrupundan xeyli geri düşüb. Yarışın lideri Rikkardo ikinci yerdəki Stroll ilə intervalın azalmasına sona qədər imkan verməyib. Valtteri Bottas isə sürətlə ona yaxınlaşıb, fərqi minimuma qədər endirib və finişə bir neçə metr qalmış onu keçərək ikinci olub.

Rikkardo cari mövsümdə birinci, karyerasında beşinci qələbəsini qazanıb. Stroll karyerasında ilk dəfə podiuma yüksəlib. Yarış barədə ətraflı məlumat gün ərzində F-1.az saytında…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 448
Teqlər , ,
Paylaş

logo