23 Noyabr 2017, Cümə axşamı - 11:41

MotoGP-də ilk qış testlərində Lorenso birinci olub

MotoGP-də ilk qış testlərində Lorenso birinci olub

Müəllif: Rauf Hacıyev, redaktor

08:11 - 02 Fevral, 2016

MotoGP üzrə 2016-cı il mövsümü ilk qış testləri ilə rəsmən start götürüb. İlk testlərdən sonra Xorxe Lorenso 1-ci pilləni tutub…

F-1.az xəbər verir ki, Malayziyanın Sepanq trasında keçirilən ilk qış testlərində Lorenso birinci yeri tutub. O testlərdə 121 saniyədən sürətli yeganə sürücü olub. Lorensonun komanda yoldaşı Valentino Rossi isə 2-ci yeri tutub.

Xorxe Lorenso yeni YZR-M1 ilə 37 dövrə vurub. İspaniyalı sürücü 2:00.684 zaman nəticəsi göstərərək, keçən mövsüm Malayziya QP-sində əldə edilən ən sürətli dövrəyə yaxınlaşıb.

Valentino Rossi isə testlərin son saatında yaxşı dövrə atıb və 2:01.717 zaman nəticəsi göstərib.

Repsol Honda komandasından Dani Pedrosa 3-cü, Mark Markes isə 7-ci yeri tutub.

Danilo Petruççi Pramac Ducati komandası ilə testləri 4-cü pillədə başa vurub və bununla da Ducati-nin zavod komandasını geridə qoya bilib.

Ducati zavod komandasınım sürücüsü Andrea Yannone 5-ci pilləni tutub.

Qeyd edək ki, çərşənbə günü keçiriləcək qış testlərində Keysi Stouner Ducati komandası ilə trasa çıxacaq.

 


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 376
Teqlər , , , , , , , ,
Paylaş

logo