Montsanı İmola əvəz edəcək?!

1950-ci ildən bəri Formula1-ə ev sahibliyi edən əfsanəvi Montsa trasının üzərini qara buludlar alıb...

F-1.az xəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərlərə görə, Montsa rəhbərliyi ilə Berni Ekklstoun arasındakı danışıqlar nəinki bir nəticə verir, hətta hər şey daha da pisə doğru gedir. Artıq Montsanın Formula1 təqvimindən çıxarılacağı, onu əvəzləyəcək başqa tras barədə danışıqlar getdiyi bildirilir… İddia edilir ki, Ekklstoun ACİ-nin 19 milyon avroluq son təklifini də rədd edib və İmola ilə Mucello variantlarından birini seçməyi düşünür.

Ancelo Stikki Damyani, ACİ avtomobil klubunun rəhbəri: “Təəssüflər olsun ki, şəxsi maraqlar Formula1-i üstələdi. Amma bütün bunlara baxmayaraq, İtaliya Qran Prisinin gələcəyi barədə danışıqlar aparılır və Montsa hələ də “A variantı” olaraq qalır. Əgər alınmasa, “B variantı” İmola trasıdır. İtaliya Montsanı istəyir. Amma Montsanı təqvimdə saxlaya bilməsək, İtaliya Qran Prisinin gələcəyi üçün başqa trasa üz tutmaq məcburiyətindəyik…”

Xatırladaq ki, İmola trası Formula1 təqvimində sonuncu dəfə 2006-cı ildə yer alıb. San Marino Qran Prisinə ev sahibliyi edən tras daha çox Formula1-in ən böyük faciəsi hesab olunan qəza ilə xatırlanır. 1994-cü ilin may ayının 1-də keçirilən San Marino Qran Prisi zamanı Ayrton Senna Tamburello döngəsində qəzaya uğrayaraq həlak olmuşdu.

İmola trası yalnız bir dəfə – 1980-ci ildə İtaliya Qran Prisinə ev sahibliyi edib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*