23 Fevral 2018, Cümə - 14:08

Monakoda yanğın üzündən asfalt yenidən döşənilib

Monakoda yanğın üzündən asfalt yenidən döşənilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:05 - 26 May, 2011

Dünən səhər Sen Devot kilsəsinin qarşısındakı meydanda balaca yük maşını tam yanaraq külə dönüb – məhz bu yerdə Formula1 trasının […]

Dünən səhər Sen Devot kilsəsinin qarşısındakı meydanda balaca yük maşını tam yanaraq külə dönüb – məhz bu yerdə Formula1 trasının ilk döngəsi yerləşir. Güclü isti üzündən asfalt zədələnib – təcili yeni asfalt döşənilib, bu hal sürücüləri narahat edib.

Pol di Resta yanğının şahidi olub – həmin an Pol hadisə yerinin yaxınlığında jurnalistlərlə danışırmış, “biz hadisəni başdan gördük – əvvəlcə qatı tüstü çıxdı, sonra təkərlər partaldı, daha sonra benzin bakları…”

Onun sözlərinə görə yeni döşənmiş asfalt problemlər mənbəyi ola bilər…

Pol di Resta: “Bütün trasın asfaltı bir ay əvvəl döşənib, ona görə də əla görünür. Amma yeni döşənmiş bu sahə məni narahat edir, çünki bu yer birinci döngəyə girişdir, birinci döngənin apeksi burdan keçir. İndi istidir, temperatur +20-dən aşağı düşmür, asfalt isə gündüz +45 dərəcəyədək qızır. Bilmirəm ki, yeni asfalt necə olacaq?

Etiraf etməliyəm ki, yerli orqanlar “yamağı” cəld təşkil etdilər. Amma sabaha qədər bu asfaltın yağı quruyucaqmı – bunu heç kim söyləyə bilməz.”

yan2


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 75
Teqlər
Paylaş

logo