Monakoda sıralanma turunun formatını komandalar müəyyən edəcəklər

Bu gün sürücülər FİA-nın nümayəndəsi və yarış direktoru Çarli Uaytinqə Monakoda sıralanma turunun formatının dəyişdirilməsi təklifi ilə müraciət ediblər – […]

Bu gün sürücülər FİA-nın nümayəndəsi və yarış direktoru Çarli Uaytinqə Monakoda sıralanma turunun formatının dəyişdirilməsi təklifi ilə müraciət ediblər – təklifə əsasən, birinci sessiyada yalnız yavaş maşınlar iştirak edəcəklər.

Bu təklif Uaytinqin iştirakı ilə sürücülərin brifinqində müzakirə olunub – federasiya təklifi qəbul edib, amma sürücülərin reqlamentə dəyişiklik tələb etmək hüquqları yoxdur, reqlament yalnız komandaların yekdil razılığı əsasında dəyişdirilə bilər.

Əgər FOTA çərçivəsində komandalar yekdil qərar qəbul edə bilsələr, onda Monako Qran Prisinin sıralanma turuna düzəliş ediləcək, hərçənd, belə bir yekdilliyi əldə etmək asan olmayacaq. Əks halda sıralanma turu standart qaydada keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*