19 Dekabr 2018, Çərşənbə - 02:01

Monako-2018: Yarış

Monako-2018: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

19:19 - 27 May, 2018

Monakodakı həftəsonu hər zaman unikaldır. İlk beş yarışda bir çoxları Mercedes və Ferrari-ni favorit hesab edirdisə də, knyazlığın küçələrində Red Bull sürücülərinin şansının daha çox olduğunu düşünürdülər. Burada güc qurğuları yox, aerodinamika daha çox əhəmiyyət daşıyır və ən yaxşı şassinin uzun illərdir ki, Red Bull-da olması heç kimə sirr deyil.

Mercedes mühəndisləri daha sürətli traslar üçün hazırlanmış soyutma sisteminin konfiqurasiyasını dəyişiblər, bu da asfaltayatma qüvvəsini azaldıb. Ferrari həftəsonu ərzində Red Bull-a uduzsa da, Mercedes-dən bir qədər üstün görünüb. Orta qrupda da qüvvələr nisbəti dəyişib – əvvəlki yarışlarda inamlı görünən Haas komandası Monte Karloda uğursuzluqla qarşılaşıb.

F-1.az xatırladır ki, Daniel Rikkardo hər üç məşq sessiyasının qalibi olduqdan sonra şənbə günü karyerasının ikinci poulunu əldə edib. Onun ilk poulu da iki il əvvəl məhz buradakı yarışa təsadüf edirdi. Ferstappen maşının bu qədər sürətli olduğu və qələbəyə imkan verdiyi həftəsonunda üçüncü məşqlərdə qəza edib və sıralanma turundan kənarda qalıb. Stüardlar onu starta buraxıblar.

Star düzümündə birinci sırada Rikkardo və Fettel, ikinci sırada Həmilton və Rəykkönen, üçüncü sırada isə Bottas və Okon qərarlaşıblar.

Pirelli Monakoya ən yumşaq üçlüyü gətirib. HyperSoft təkərlərdən ilk dəfə istifadə olunub. Yeni təkər trasın mütləq rekordunun qırılmasına imkan verib, lakin resursu knyazlığın küçələrində belə tez tükənib. Hülkenberq, Vandorn, Lekler, Eriksson, Stroll, Qrojan, Maqnussen və Ferstappen UltraSoft, digər sürücülər isə HyperSoft təkərlərlə start alıblar.

Rikkardo startda keçilməyib. Sirotkin Vandornu, ən arxada isə Ferstappen Qrojanla Maqnusseni üstələyib. 2-ci dövrədə ilk onluq: Rikkardo – Fettel – Həmilton – Rəykkönen – Bottas – Okon – Alonso – Sayns – Peres – Qasli.

Ferstappen növbəti dövrələrdə Eriksson və Strolla mübarizədən qalib ayrılıb. Sirotkinə 10 saniyə Stop&Go cəzası verilib, rus sürücü cəzanı ödədikdən sonra sonuncu yerdə trasa qayıdıb. Ferstappen Hartlini qabaqlayıb. Stroll baryerlə təmas yaşayıb və ön sol təkəri zədələyib. Kanadalı sürücü yavaş-yavaş pit yoluna qayıdıb, maşının təkərləri və ön qanad dəyişdirilib.

Liderlər qrupundan ən tez pit-stopa yollanan Həmilton olub. 13-cü dövrədə təkərlərini dəyişən britaniyalı sürücü trasa Okonun arxasında qayıtsa da, tezliklə onu keçib. 15-ci dövrədə Lekler, 16-cı dövrədə Qrojan və Fettel, 17-ci dövrədə Sayns və Rikkardo, 18-ci dövrədə Rəykkönen, Bottas, Eriksson və Maqnussen, 20-ci dövrədə Alonso və Sirotkin, 21-ci dövrədə isə Vandorn və Peres pit-stop ediblər.

Rikkardo 28-ci dövrədə MGU-K generatorunun işləməməsi nəticəsində mühərriyin gücünün azalmasından şikayət edib. Lakin avstraliyalı sürücü davam edə bilib. Fettel ona müəyyən qədər yaxınlaşsa da, hücum üçün sürət fərqi kifayət etməyib. İlk beşlik tədricən bir-birinə yaxınlaşıb.

Stroll 37-ci, Qasli isə 38-ci dövrədə pit yoluna üz tutub. Ferstappen start aldığı təkərlərlə 51 dövrə getdikdən sonra onları dəyişib. 51-ci dövrədə ilk onluq: Rikkardo – Fettel – Həmilton – Rəykkönen – Bottas – Okon – Alonso – Qasli – Sayns – Hülkenberq.

53-cü dövrədə Alonso mübarizəni dayandıran ilk sürücü olub. İspaniyalı sürücü ilk beş yarışın hamısında xal qazansa da, bu dəfə ötürmələr qutusu ona imkan verməyib. Ferstappen Renault sürücülərinə çatıb. Sayns arxadan sürətlə gələn Hülkenberqi dərhal önə buraxsa da, Ferstappeni ləngidib. Nəhayət, 58-ci dövrədə Maks Karlosu keçə bilib və sürətlə ondan uzaqlaşıb. 59-cu dövrədə ilk onluq: Rikkardo – Fettel – Həmilton – Rəykkönen – Bottas – Okon – Qasli – Sayns – Hülkenberq – Ferstappen – Sayns.

Ferstappen Qasli və onu ötməyə çalışan Hülkenberqə çatıb, lakin ötmə cəhdləri uğurlu olmayıb. 73-cü dövrədə tunelin çıxışında əyləcləri işləməyən Lekler arxadan sürətlə Hartliyə çırpılıb və hər iki sürücü üçün yarış başa çatıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Restart növbəti dövrədə verilib. Təkərlər artıq səmərəliliyini itirsə də, liderlər qrupundan heç kim pit-stopa yollanmaq riskinə girməyib.

Daniel Rikkardo mövsümdə ikinci, karyerasında 7-ci dəfə qalib gəlib. Bu, Danielin yarışa ilk üçlükdən başlayaraq əldə etdiyi birinci qələbəsdir. Fettel ikinci olub və üçüncü yeri tutmuş Həmiltonla çempionatdakı xal fərqini bir qədər azaldıb.

Mübarizə iki həftə sonra okeanın o tayında – Kanadada davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
13Daniel RikkardoRed Bull1:42:54.8071
25Sebastyan FettelFerrari+ 0:07.3361
344Lyuis HəmiltonMercedes AMG+ 0:17.0131
47Kimi RəykkönenFerrari+ 0:18.1271
577Valtteri BottasMercedes AMG+ 0:18.8221
631Esteban OkonForce İndia+ 0:23.6671
710Pyer QasliToro Rosso+ 0:24.3311
827Niko HülkenberqRenault+ 0:24.8391
933Maks FerstappenRed Bull+ 0:25.3171
1055Karlos SaynsRenault+ 1:09.0131
119Markus ErikssonSauber+ 1:09.8641
1211Serxio PeresForce İndia+ 1:10.4611
1320Kevin MaqnussenHaas+ 1:14.8231
142Stoffel VandornMcLaren+ 1 dövrə2
158Roman QrojanHaas+ 1 dövrə2
1635Sergey SirotkinWilliams+ 1 dövrə3
1718Ləns StrollWilliams+ 2 dövrə2
1816Şarl LeklerSauber2
1928Brendon HartliToro Rosso1

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:14.260 (60-cı dövrə, 161.772 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Brendon HartliToro Rosso73qəza
Şarl LeklerSauber73qəza
Fernando AlonsoMcLaren52ötürmələr qutusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport110
25Sebastyan FettelScuderia Ferrari96
33Daniel RikkardoAston Martin Red Bull Racing72
477Valtteri BottasMercedes AMG Petronas Motorsport68
57Kimi RəykkönenScuderia Ferrari60
633Maks FerstappenAston Martin Red Bull Racing35
714Fernando AlonsoMcLaren F1 Team32
827Niko HülkenberqRenault Sport Formula 1 Team26
955Karlos SaynsRenault Sport Formula 1 Team20
1020Kevin MaqnussenHaas F1 Team19
1110Pyer QasliRed Bull Toro Rosso Honda18
1211Serxio PeresSahara Force İndia F1 Team17
1331Esteban OkonSahara Force İndia F1 Team9
1416Şarl LeklerAlfa Romeo Sauber F1 Team9
152Stoffel VandornMcLaren F1 Team8
1618Ləns StrollWilliams Martini Racing4
179Markus ErikssonAlfa Romeo Sauber F1 Team2
1828Brendon HartliRed Bull Toro Rosso Honda1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes178
2Scuderia FerrariFerrari156
3Aston Martin Red Bull RacingRenault107
4Renault Sport Formula 1 TeamRenault46
5McLaren F1 TeamRenault40
6Sahara Force İndia F1 TeamMercedes26
7Red Bull Toro Rosso HondaHonda19
8Haas F1 TeamFerrari19
9Alfa Romeo Sauber F1 TeamFerrari11
10Williams Martini RacingMercedes4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər , , , ,
Paylaş

logo