20 Oktyabr 2017, Cümə - 05:28

Mercedes motorçuları Honda-lı həmkarlarına kömək edəcəklər

Mercedes motorçuları Honda-lı həmkarlarına kömək edəcəklər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:06 - 26 Aprel, 2017

Yaponiyalı istehsalçı çempion komandaya müraciət edərək onlardan Formula1 üçün hazırladıqları güc qurğusu barədə məslələht vermələrini istəyiblər və çox güman ki, buna razılıq alıblar.

İki ağır mövsümdən sonra Honda motorçuları ümid edirdilər ki, güc qurğusunun konsepsiyasının dəyişdirilməsi və təkmilləşdirməyə məhdudiyyətlərin ləğv olunması 2017-ci ildə ciddi tərəqqiyə imkan verəcək. Amma reallıqda onların hazırladıqları motorlar yenə də etibarsız və zəif alınıblar.

Dünən Parisdə Strateji İşçi Qrupun toplantısı baş tutub və müzakirə mövzularından biri də Honda motorçularına kömək məqsədilə tədbirlərin həyata keçirilməsi olub. Bu müzakirənin təşəbbüsü FİA və McLaren komandası tərəfindən gündəmə gətirilib.

F-1.az xatırladır ki, federasiya hələ keçən ildən çempionatda olan güc qurğuları arasındakı güc fərqindən narazı idi. Keçən il federasiya və motor istehsalçıları razılaşmışdılar ki, hazırkı hibrid motorlar çempionatda 2020-ci ilədək istifadə olunacaqlar, amma onların xarakteristikaları bərabərləşdirilməlidir.

FİA-nın nümayəndələri bu ilin əvvəlində demişdilər ki, hər bir güc qurğusunun imkanları mövsümün ilk üç yarışından sonra dəyərləndiriləcək və əgər Barselona trasında sıralanma turunun simulyasiyasında fərq 0.3 saniyədən çox olarsa, Strateji İşçi Qrup fəaliyyətə başlayacaq. FİA-nın motorlar üzrə baş mütəxəssisi Fabris Lom bildirmişdi ki, “ilk üç yarışda biz hər bir motorun ən yaxşı və orta nəticələrini götürməklə, məhsuldarlıq indeksini müəyyənləşdirəcəyik”. Artıq 3 yarış arxada qalıb və nəticələr Honda motorunun acınacaqlı vəziyyətdə olmasından xəbər verir.

Ona görə də yaponlar çempion komandadan kömək istəyiblər, etibarlı mənbənin bildirdiyinə görə, bu kömək güc qurğusunun təcili yaxşılaşdırılmasıü zrə məsləhətlərdən ibarətdir – yaxşılaşdırma motorun həm etibarlılığına, həm də gücünə aid olmalıdır.

Motorçular arasında rəsmi müqavilə hələ imzalanmayıb, amma güman edilir ki, dünənki toplantıda Mercedes rəqiblərinə kömək edəcəyinə söz verib. İlk növbədə almanlar mühərriyin elektron və güc hissələrini təkmilləşdirəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 150
Teqlər , ,
Paylaş

logo