20 Oktyabr 2017, Cümə - 07:08

Mercedes-Benz McLaren-lə əməkdaşlığı davam etdirməyə ümidlidir

Mercedes-Benz McLaren-lə əməkdaşlığı davam etdirməyə ümidlidir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:13 - 04 Mart, 2013

Dünən biz xəbər vermişdik ki, McLaren komandasının 2014-cü ildə hansı motorlardan istifadə edəcəyi hələ də aydın deyil. Çox güman ki, […]

Dünən biz xəbər vermişdik ki, McLaren komandasının 2014-cü ildə hansı motorlardan istifadə edəcəyi hələ də aydın deyil. Çox güman ki, Honda motorçuları artıq turbo V6 motorunu hazırlayıblar və McLaren komandası ilə müqavilə imzalamağa hazırdırlar.

1995-ci ildən McLaren komandasını motorlarla təchiz edən Mercedez-Benz konserni son şayiələrə şərh verməkdən imtina edib, amma Mercedes Motorsport-un başçısı Toto Volff BBC telekanalına bildirib ki, “biz McLaren komandası ilə uzunmüddətli əməkdaşlığa ümid edirik…”

Öz növbəsində, McLaren komandasının nümayəndəsi də şayiələri şərh etməkdən boyun qaçırıb: “Biz potensial tərəfdaşlarımız barədə KİV-də gedən şayiələri heç vaxt müzakirə etmirik…”

Honda konserni Formula1-ə qayıtması barədə hələ rəsmi bəyanat yaymayıb, amma fevralın 8-də konsernin prezidenti Takanobu İto qeyd edib ki, Honda “belə bir imkanı araşdırır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər , , , , , , ,
Paylaş

logo