12 Noyabr 2018, Bazar ertəsi - 22:03

Mercedes AMG-nin hegemonluğu bitəcək?

Mercedes AMG-nin hegemonluğu bitəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

08:39 - 11 Mart, 2016

Eks Formula1 sürücüsü Mark Zurer düşünür ki, 2 illik Mercedes AMG-nin hegemonluğu artıq başa çatıb…

F-1.az xəbər verir ki, mütəxəssislər 2016-cı il mövsümündə Ferrari və Mercedes AMG komandaları arasında çempionluq mübarizəsi gözləyirlər, amma Mercedes AMG-nin mövsümöncəsi testlərdə göstəridiyi performans rəqiblərin gözünü qorxudub. Ancaq Ferrari komandası bildirir ki, onlar Mercedes AMG-dən qorxmurlar.

Amma Mark Zurer düşünür ki, artıq Mercedes AMG-nin hegemonluğu bitib: “Belə baxıram ki, Mercedes AMG-nin hegemonluğu artıq bitir. Həm Ferrari onlara yaxınlaşıb, həm də təkərlər dəyişilib. Bu il təkərlərin rolu böyük olacaq və bu, Ferrari-yə kömək edə bilər.

Ferrari komandasının keçən il təkərləri isitmə problemləri oldu, ancaq indi yumşaq təkərlərin hesabına bu problemi aradan qaldıra bilərlər.

Mercedes AMG niyə yumşaq təkərlərlə işləmir? Mən bunu anlamıram. Mercedes AMG gələcəkdə bunun əziyyətini çəkə bilər. Biz keçmişdə təkər problemləri olan komandaları görmüşük”.

Mark Zurer inanmır ki, Mercedes mühərriyi 1000 at qüvvəsinə sahibdir: “Bu şişirdilmiş rəqəmdir. Turbo ilə bir yerdə 700 at qüvvəniz olur. ERS sistemi isə sizə 160 at qüvvəsi qazandırır. Bu isə 860 at qüvvəsi edir.

Mercedes AMG bəzi sahələrdə çox güclüdür və mən düşünürəm ki, onlar 900 at qüvvəsinə sahibdirlər, amma Ferrari də onlara çox yaxındır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər ,
Paylaş

logo