19 Noyabr 2017, Bazar - 08:55

McLaren-də TAG Heuer-i Richard Mille əvəz edib

McLaren-də TAG Heuer-i Richard Mille əvəz edib

Müəllif: Rauf Hacıyev, redaktor

20:25 - 19 Fevral, 2016

McLaren 30 illik saat sponsoru TAG Heuer ilə yollarını ayırıb və yeni saat sponsoru kimi Richard Mille ilə müqavilə bağlayıb…

F-1.az xatırladır ki, TAG Heuer 30 il idi ki, McLaren-lə əməkdaşlıq edirdi. Amma isveçrəlilər McLaren-dən ayrılaraq, Red Bull ilə müqavilə bağlayıblar.

Richard Mille ilə McLaren 10 illik müqavilə imzalayıblar. Müqaviləyə əsasən McLaren komandasının sürücüləri Fernando Alonso və Jenson Button artıq Richard Mille saatlarından istifadə edəcəklər.

McLaren komandasının rəhbəri Ron Dennis yeni müqavilə barədə danışıb: “Onillik müqavilə hər iki şirkətə də xeyir gətirəcək.

Richard Mille ilə ortaq xüsusiyyətlərimiz çoxdur. Bunlar estetikaya, dizayna, texnologiyaya önəm verməyimizdir. Biz 10 il Richard Mille ilə işləyəcəyik və böyük uğurlara imza atacayıq.

Richard Mille şirkəti də müqavilə barədə fikir bildirib: “Formula1-də sponsor olmağı düşünürdük. Əlimizə McLaren ilə müqavilə bağlamaq fürsəti düşdü və biz də dəyərləndirdik”.

Qeyd edək ki, Richard Mille Formula1-ə yad deyil. Onlar daha əvvəl Lotus-a və Jül Byankiyə sponsorluq ediblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , , ,
Paylaş

logo