17 Oktyabr 2017, Çərşənbə axşamı - 21:04

Malayziya-2017: Üçüncü stüard – Dənni Sallivan

Malayziya-2017: Üçüncü stüard – Dənni Sallivan

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:15 - 27 Sentyabr, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Dənni Sallivan kömək edəcək.

Amerikalı sürücü 1983-cü ildə Tyrrell komandasının tərkibində 15 Qran Pridə start alıb və ən yaxşı nəticəsi Monakoda 5-cilik olub. Vətənində daha məşhur olan Dənni İndyCar seriyasının çempionu və əfsanəvi İndianapolis-500 yarışının qalibi kimi tanınır.

Xatırladaq ki, bu il Sallivan Bəhreyn və Britaniya ilə yanaşı ölkəmizdə baş tutan Azərbaycan Qran Prisində də stüardlıq etmişdi.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, stüardlar briqadasında Sallivanla bərabər FİA-nın Avtoİdman üzrə Ümumdünya Şuarsının üzvü Qarri Konnelli və Porsche Supercup, V8 3.5 Formula və Britaniya Turinq Çempionatının stüardlar briqadasının daimi sədri Stiv Strinqvell çalışacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 147
Teqlər , , , , ,
Paylaş

logo