23 Oktyabr 2017, Bazar ertəsi - 02:43

Malayziya-2016: Birinci sərbəst yürüşlər

Malayziya-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

07:45 - 30 Sentyabr, 2016

Pilotlar Sinqapurdakı gecə yarışından 2 həftə sonra, bu dəfə təbii işıqda Malayziyada sərbəst yürüşlərə çıxıblar. Sepanqdakı ilk sərbəst yürüş seansı quru və qızmar hava şəraitində keçib.

F-1.az xəbər verir ki, Mercedes AMG komandasının pilotu, çempionatın lideri Niko Rosberq ilk seansın ən sürətli dövrəsini vurub. Onun nəticəsi 1:35.227 olub. Komanda yoldaşı Lyuis Həmilton ondan 0.4 saniyə geri qalıb. Qeyd edək ki, bu nəticə eyni zamanda, keçən il keçirilən 1-ci sərbəst yürüşlərdəki ən sürətli nəticəni 5 saniyə üstələyir…

Mercedes-in çempionluq uğrunda vuruşan ikilisini Ferrari pilotları izləyiblər. Kimi Rəykkönen və Sebastyan Fettel müvafiq olaraq 3-cü və 4-cü olublar. Fernando Alonso 5-ci nəticə göstərərək bir qədər təəccübləndirsə də, onun komanda yoldaşı, bu həftəsonu 300-cü yarışına çıxacaq Censon Batton 10-cu ola bilib.

Renault-nun sürücüsü Kevin Maqnussenin maşınının pit yolunda alışması seansın 15 dəqiqə dayanmasına səbəb olub. Danimarkalı sürücü nəticə göstərə bilməyib. Nahardan sonra məşqlər davam edəcək…

Yer NSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:35.22725
244Lyuis HəmiltonMercedes AMG1:35.721+ 0:00.49425
37Kimi RəykkönenFerrari1:36.315+ 0:01.08816
45Sebastyan FettelFerrari1:36.331+ 0:01.10418
514Fernando AlonsoMcLaren1:36.510+ 0:01.28318
63Daniel RikkardoRed Bull1:36.753+ 0:01.52627
733Maks FerstappenRed Bull1:36.973+ 0:01.74626
827Niko HülkenberqForce İndia1:37.513+ 0:02.28626
911Serxio PeresForce İndia1:37.601+ 0:02.37427
1022Censon BattonMcLaren1:37.613+ 0:02.38620
1126Daniil KvyatToro Rosso1:37.847+ 0:02.62029
1277Valtteri BottasWilliams1:37.861+ 0:02.63417
138Roman QrojanHaas1:37.886+ 0:02.65922
1421Esteban QutyerresHaas1:37.921+ 0:02.69420
1555Karlos SaynsToro Rosso1:38.055+ 0:02.82825
1612Felipe NasrSauber1:38.184+ 0:02.95718
179Markus ErikssonSauber1:38.313+ 0:03.08620
1819Felipe MassaWilliams1:38.339+ 0:03.11224
1930Colyon PalmerRenault1:39.148+ 0:03.92123
2031Esteban OkonManor1:40.036+ 0:04.80928
2194Paskal VerlyaynManor1:40.627+ 0:05.40026
2220Kevin MaqnussenRenault –2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 212
Teqlər , , , ,
Paylaş

logo