23 Oktyabr 2017, Bazar ertəsi - 02:47

Macarıstan-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Macarıstan-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Elçin Zodorov, redaktor

08:05 - 28 İyul, 2017

Macarıstan Qran Prisinə bir neçə gün qalmış FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Hunqarorinqdə də Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 2-ci, 4-cü, 10-cu, 11-ci və 12-ci döngələrin çöl tərəflərindəki işlənmiş təkərlərdən qurulmuş baryerlərin uzunluğu artırılıb. İlk döngənin sol tərəfinə torşəkilli hasar əlavə edilib. 4-cü və 11-ci döngələrin çıxışlarına isə ikiqat porebriklər quraşdırılıb.

FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonaları Hunqarorinqdə dəyişməz qalır. 14-cü döngədən 5 metr əvvəl yerləşən yeganə interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü ardıcıl iki DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. Birinci ötmə zonası 14-cü döngədən 130 metr, ikinci ötmə zonası isə 1-ci döngədən 6 metr sonra başlayır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 409
Teqlər , , , ,
Paylaş

logo