19 Noyabr 2017, Bazar - 18:20

M.Salo: “Ferrari Rəykkönendən yaxşısını tapa bilməz”

M.Salo: “Ferrari Rəykkönendən yaxşısını tapa bilməz”

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 06 İyun, 2017

Sabiq Formula1 sürücüsü Mika Salo bildirib ki, Ferrari komandası hazırda Kimi Rəykkönendən yaxşısını tapa bilməz.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il mükəmməl performans göstərmiş və buna görə də Ferrari onunla müqaviləni daha 1 il uzatmışdı. 37 yaşlı sürücü yeni mövsümə pis başlasa da, hər yarış performansını artırır. 2007-ci ilin Dünya Çempionu sonuncu Monako yarışında da 128 yarışlıq həsrətə son qoyaraq, poul qazanmışdı.

Bəzi iddialara görə, Ferrari-nin prezidenti Sercio Markionne sürücüsü Rəykkönenin motivasiyasını qaldırmaq üçün yeni müqavilə bağlamağa hazırlaşır.

Mika Salo: “Məncə, Ferrari sürücüləri Sebastyanla Kiminin əla yola getdiklərini görürlər. Hazırda heç bir sürücü Kiminin etdiyindən yaxşısını edə bilməz. Sonuncu Monako yarışına baxın. Yarışa pouldan başladı və yarış ərzində Fettelə çox yaxın idi. Lakin almaniyalının xal üstünlüyü var, amma Kimi bir neçə yarış qazansa, vəziyyət dəyişə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 101
Teqlər , , , ,
Paylaş

logo