20 Oktyabr 2017, Cümə - 22:01

M.Ferstappen: “Təhqirli mesajlar yayımlanmamalıdır”

M.Ferstappen: “Təhqirli mesajlar yayımlanmamalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

22:55 - 10 Noyabr, 2016

Red Bull komandasının sürücüsü Maks Ferstappen düşünür ki, FOM təhqirli radio danışıqlarını yayımlamamalıdır.

F-1.az xatırladır ki, Sebastyan Fettel Meksika yarışının bitməsinə bir neçə dövrə qalmış Ferstappenə hücum etmiş və hollandiyalı trası kəsdiyi üçün onu və Çarli Uaytinqi radio vasitəsilə təhqir etmişdi.

Bu təhqirlər FOM tərəfindən canlı efirdə yayımlanmış və müzakirə mövzusuna çevrilmişdi.

Maks Ferstappen: “O anın həyəcanı ilə radiodan pis sözlər deyə bilərsiniz. Əgər oyun vaxtı futbolçuya mikrofon uzatsanız, çox söz deyə bilər. Bu təkcə futbol üçün yox, digər idman növləri üçün də keçərlidir. Yanınızda radio ilə gəzmək çox təhlükəlidir. Bəlkə də yayımlamamaq həll yolu ola bilər. Limitlərdə getdiyimiz zaman mübarizə aparırıq və adrenalin yüksək səviyyədə olur. Əgər gənc nəsil üçün pisdirsə, onda yayımlamaya bilərlər”.

Qeyd edək ki, Çarli Uaytinq mətbuat konfransında bu məsələlərin müzakirə olunacağını deyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 460
Teqlər , , ,
Paylaş

logo