M.Ferstappen: “Həmilton çox işləməlidir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Lyuis Həmilton öz üzərində çox işləməlidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 4 yarışda mümkün 100 xaldan 80 xal toplayıb.

Maks Ferstappen: “Lyuis əla sürücüdür və aramızda heç bir problem yoxdur. Amma bir sürücü 3-4 dəfə çempion olsa, formadan düşə bilər. Mən 3 ildir ki, yaxşı nəticələr almaq üçün hər şey edirəm. Lyuis isə güclü boliddən istifadə etdi. Gələn il güclü bolidlə uğur qazanmaq istəyirik. Bu il yaxşı inkişaf etdik və bu, hamımı ümidləndirdi. 2018-ci ildə daha güclü olacağımıza əminəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*