M.Ferstappen: “Çində hər şey yaxşı olacaq”

Red bull komandasının sürücüsü Maks Ferstappen Çin yarışında uğursuzluqlardan qurtulmaq istəyir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstraliyada yerində fırlanaraq geri düşmüş, Bəhreyndə isə Həmiltonla təmas yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Maks Ferstappen: “Çin mənim üçün gözəl yarışlardan biri olacaq. Keçən il burada 16-cı başlayıb podiuma yüksəlmişdim. Trasda ötmələr mümkün olduğu üçün gözəl yarışlar görmək mümkündür. Ümid edirəm ki, bu il də bizim üçün gözəl həftəsonu olar. Tras ön təkərləri çox gücə salır. Onlara yaxşı nəzarət etsək, strategiyada qabağa düşə bilərik. Buradakı fanlar da idmanı sevirlər. Yağışda belə bizi dəstəkləməyə gəlirlər. Onlara gözəl şou göstərmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*